image-1backend

NATO Rusiyaya qarşı müharibəyə başlayır

image-reklam_sirab_01

NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, Rusiya uzun müddətdir NATO ölkələrinə qarşı açıq müharibə aparır.

Baş katib Brüsseldə təhlükəsizlik ekspertləri qarşısında çıxışı zamanı belə bir bəyanatla çıxış edib. Rutte vurğulayıb ki, alyansın mümkün hücumlara, o cümlədən Avropada pilotsuz təyyarələrdən istifadəyə hazır olması üçün yanaşmanı dəyişmək və hərbi təfəkkürə keçmək lazımdı. Vətəninfo.az xəbər verir ki, bu barədə  BILD yazır.

ATƏT-in hesabatına görə, Ukraynada müharibə başlayandan bəri Rusiya NATO ərazisinə 150-yə yaxın hücum həyata keçirib. Bunlara dəmir yollarına, xəstəxanalara, GPS və su təchizatı sistemlərinə kiberhücumlar daxildir. Hesabatda həmçinin hərbi obyektlərə və sualtı infrastruktura qarşı haker hücumları, təxribat və təhdidlərdən də bəhs edilir.

Moskvanı miqrasiya böhranında, Aİ ölkələrinin sərhədlərinin sabitliyini pozmaqda, təbliğatda və seçkilərə müdaxilədə də günahlandırırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image