NATO tarixində Hərbi Hava Qüvvələrinin ən böyük hərbi təlimləri başlayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Mesajda xüsusilə qeyd olunur ki, bu gün, iyunun 12-də Şimali Atlantika Müqaviləsi Təşkilatının tarixində ən böyük Hava Müdafiəçisi 23 hərbi təlimi başlayıb.
Təlimlər Almaniya tərəfindən koordinasiya edilir və alyansın mümkün təhdidlərə, xüsusən də Rusiyaya qarşı birliyini nümayiş etdirmək məqsədi daşıyır.
Təlimlər iyunun 23-dək davam edəcək.
Onlar Yaponiya və İsveç də daxil olmaqla NATO-ya üzv və tərəfdaş 25 ölkədən 250-yə yaxın hərbi təyyarənin iştirakı ilə keçiriləcək.
Bundan əlavə, təlimlərə 10 minə yaxın insan cəlb olunub