image-1backend

NATO Trampın mümkün qələbəsi halında Ukraynaya dəstək planı hazırlayıb

image-reklam_sirab_01

NATO nümayəndələri Donald Trampın prezident seçkilərində qələbə qazanacağı təqdirdə Ukraynaya uzunmüddətli dəstək planı hazırlayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazır.

Nəşrin həmsöhbətlərinin fikrincə, Tramp administrasiyası Avropaya skeptisizmlə yanaşır.

NATO proqramı üç əsas məqamdan ibarətdir. Birincisi, alyans mümkün münaqişələrin risklərini azaltmaq üçün Donald Trampın qələbəsi halında, eləcə də onun müşavirləri ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir. İkincisi, alyans Avropa ölkələrində müdafiə xərclərini artırmağı planlaşdırır. Üçüncüsü, NATO Donald Tramp administrasiyasının alyansın işlərinə müdaxiləsindən qorunmaq üçün yeni diplomatik və hüquqi tədbirlər hazırlamağa hazırlaşır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki