NATO qoşunları Ukrayna münaqişəsində, o cümlədən Ukrayna ərazisində Rusiya təyyarələrinin və raketlərinin vurulmasında birbaşa iştirak etməməlidir. Vətəninfo.az-ın məlumatına görə , bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın TSN telekanalının efirində bildirib.
“NATO-nun siyasəti dəyişməzdir. biz bu münaqişədə iştirak etməyəcəyik… Biz Rusiya təyyarələrinin məhv edilməsində Ukraynanı dəstəkləyəcəyik, lakin NATO birbaşa iştirak etməyəcək”, – Stoltenberq bildirib.
NATO-nun baş katibi həmçinin vurğulayıb ki, alyans Kiyevə hərbi yardım göstərməyə davam edəcək, o cümlədən ölkənin hava hücumundan müdafiəsini gücləndirəcək.
Stoltenberqin sözlərinə görə, NATO müttəfiqləri F-16 qırıcılarını mümkün qədər tez Kiyevə çatdırmaqda qərarlıdır.
İyulun 9-dan 11-dək keçirilən NATO sammitinin yekun bəyannaməsində alyans liderləri əmin ediblər ki, onlar Ukraynanı “tam Avro-Atlantik inteqrasiya yolunda, o cümlədən NATO-ya üzvlük yolunda” dəstəkləməyə davam edəcəklər.


























