image-1backend

Nauseda yenidən prezident SEÇİLDİ 

image-reklam_sirab_01

Litvanın hazırkı prezidenti Gitanas Nauseda 74,43% səs toplayaraq dövlət başçısı seçkilərinin ikinci turunda qalib gəlib.Vətəninfo.az  xəbər verir ki , bu barədə TASS məlumat yayıb.

Ölkənin Baş Seçki Komissiyasının məlumatına görə, bütün 1895 seçki məntəqəsində səslərin hesablanması nəticəsində Nausedanın rəqibi, Litvanın baş naziri İnqrida Şimonite 24,06% səs toplayıb. İkinci turda iştirak 49,6% təşkil edib.

Şimonite artıq məğlubiyyətini qəbul edib və Nausedanı ikinci dəfə dövlət başçısı olması münasibətilə təbrik edib. Şimonite əlavə edib ki, o, mayın 27-də baş nazir vəzifəsinə qayıdacaq.

Mayın 12-də Litvada prezident seçkilərinin birinci turu keçirilib və bu turda Nauseda 44,19 faiz, Şimonite isə 19,78 faiz səs toplayıb. İlk turda prezident vəzifəsi uğrunda 8 namizəd mübarizə aparıb. Onların heç biri 50 faiz səs toplamadığından seçkilərin ikinci turu mayın 26-na təyin edilib.

2019-cu ilin əvvəlki prezident seçkilərində Nauseda və Şimonite də ikinci turdan keçmişdilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki