image-1backend

Naxçıvan MR büdcəsinə veriləcək dotasiyanın həcmi məlum olub

image-reklam_sirab_01

Gələn il Naxçıvan Muxtar Respublikasının büdcəsinə veriləcək dotasiyanın (transfertin yuxarı həddi) həcmi məlum olub.

Vətəninfo.az-ın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfertin yuxarı həddi) 320 milyon 529 min manat olacaq.

Qeyd edək ki, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfertin yuxarı həddi) 336 milyon 460 min manat olub.

Beləliklə, dotasiyanın həcmi 15 milyon 931 min manat, yaxud 4,7 faiz azalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki