image-reklam-veteninfo
image-1backend

Naxçıvan Palace Hotel şəhid və qazi ailələrinin yüksək səviyyədə qonaqlanmasına görə təşəkkürlə anıldı

image-reklam-veteninfo

22–24 avqust 2025-ci il tarixlərində Naxçıvanda keçirilən “XTQ veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” adlı layihə çərçivəsində Azərbaycan və Türkiyədən gələn şəhid və qazi ailələrinin qonaqlaması Naxçıvan Palace Hotel tərəfindən ən yüksək səviyyədə təmin edildi.
Tədbirlər məhz bu oteldə təşkil olunaraq şəhid və qazi ailələrinin rahatlığına, mənəvi ab-havasına xüsusi diqqət göstərildi. Otelin rəhbərliyi və bütün kollektiv üzvləri gün ərzində şəhid və qazi ailələrinin xidmətində dayanaraq onların qonaqlığını unudulmaz etdi. Qeyd etmək vacibdir ki, hotelin əməkdaşlarının bir hissəsi qazilərdən ibarət idi və onların fədakar xidməti tədbirə xüsusi mənəvi rəng qatdı.
Təşkilatçılar və iştirakçılar adından Naxçıvan Palace Hotel-in rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkür və minnətdarlıq bildirildi. Onların göstərdiyi qayğı, diqqət və vətənpərvər yanaşma bu layihənin uğuruna əhəmiyyətli töhfə oldu.
Bu təşəbbüs bir daha göstərdi ki, dövlət qurumları, ictimai birliklər və özəl sektor birgə əməkdaşlıq etdikdə, şəhid ailələri və qazilər üçün güclü sosial dəstək platformaları formalaşır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki