image-reklam-veteninfo
image-1backend

Nazir ona yüksək vəzifə verdi – FOTO

image-reklam-veteninfo

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-də yeni təyinat olub.

Bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Fuad Əliyev “Aqrar Tədarük və Təchizat” ASC-nin İnzibati idarəetmə departamentinin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Əliyev yeni təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Taksi Xidməti” MMC-nin baş direktoru vəzifəsində çalışıb.

Yeni təyinat çərçivəsində Fuad Əliyevin inzibati idarəetmə və təşkilati proseslərin təkmilləşdirilməsi, idarəetmənin səmərəliliyinin artırılması və qurumun qarşıya qoyduğu strateji hədəflərin həyata keçirilməsinə töhfə verməsi nəzərdə tutulur.

Nazir onu departament müdiri təyin etdi - FOTO



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki