NBC telekanalı ABŞ rəsmilərinə istinadən yazıb ki, İsrail İrana cavab hücumu üçün hədəflərini ölkənin hərbi və enerji infrastrukturları ilə məhdudlaşdırıb.
Vətəninfo.az xəbər verir ki, İsrailin İranın nüvə obyektlərinə necə və nə vaxt hücum edəcəyi ilə bağlı hələ yekun qərar yoxdur. ABŞ rəsmiləri bildiriblər ki, İsrail ordusunun qərarını bilməsələr də, ordu hücuma hazırdır.
Qeyd olunub ki, ABŞ bölgədəki müttəfiqlərini İranın hücumuna qarşı qorumağa hazırdır, ancaq böyük ehtimalla bu əməliyyata birbaşa hərbi dəstək verməyəcək.