Veteninfo.az xəbər verir ki,44 günlük müharibədən sonra, Rus sülhməramlı qüvvələrin nəzarət bölgəsi olan Xankəndindəki separatçılar özləri üçün seçki oyununa start verirlər.
Erməni telgram kanallarının yaydığı məlumatlarda deyilir ki, Xankəndindəki separatçılar qondarma konustitusiya komisiyası yaradıblar və bu konustitusiya komissiyası bir-iki ay içərisində prosesləri yekunlaşdıracaq.
Bundan sonra isə Xankəndində separatçılar referendum,parlament və prezidnet seçkiləri keçirəcəklər.
Yayılan xəbərdə iddia edilir ki,Xankəndindəki separatçılar hazırladıqları dəyişiklikləri ilikin olaraq ictimai müzakirəyə çıxaracaqlar və təklif olunan bütün müddəalar ictimai müzakirələrdən keçsə, avqust-sentyabr aylarında konstitusiya referendumu təyin ediləcək. 2023-cü ildə parlament seçkiləri, 24-də isə prezident seçkiləri keçiriləcək.


























