image-1backend

“Nə qıbrızlar, nə də Türkiyə daha bir 60 ili boşa keçirmək istəyir”- Altun

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun Türkiyə və Yunanıstanın üzləşdiyi maraqların və çətinliklərin böyük ölçüdə üst-üstə düşdüyünü bildirib.

Yunanıstanın “Ta Nea” qəzetinə müsahibəsində F.Altun Türkiyə ilə Yunanıstan arasında qarşılıqlı anlaşmanın təşviq edilməli olduğunu vurğulayaraq deyib: “Qarşılıqlı anlaşmanın təşviqi, ticarət imkanlarının genişləndirilməsi, insanlar arasında yaxşı əlaqələrin dərinləşdirilməsi və ümumi rifaha can atılması hər kəsə fayda verər.

Yunanıstanla münasibətlərdə həll edilməmiş fikir ayrılıqlarımız olsa da, hər iki ölkənin üzləşdiyi problemlər, regionumuzda və ondan kənarda ortaq maraqlarımız böyük ölçüdə üst-üstə düşür.”

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Kiprdə federasiya əsasında həll yolunun ola bilməyəcəyini də söyləyərək “iki ayrı dövlət” fikrini vurğulayıb. Fəxrəddin Altun sözügedən mövzu ilə bağlı belə deyib: “Reallığı qəbul etmək vaxtıdır. Bu gerçəklik ondan ibarətdir ki, Kipr adasında iki ayrı xalq və iki ayrı dövlət var. Tarix bizə heç bir şübhə yeri qoymadan göstərdi ki, yalnız bu əsasda həll yolu uğurlu ola bilər. Nə Kipr türkləri – qıbrızlar, nə də Türkiyə daha bir 60 ili boşa keçirmək istəyir.

Egeydəki problemlər beynəlxalq hüquqa uyğun həll edilə bilər. Yunanınstan başa düşməlidir ki, Egey yunan gölü deyil, Türkiyə bu dənizi uzun bir sahil xətti ilə paylaşır və burada hər ikimiz haqq və həyati maraqlara sahibik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image