Təyyarə qəzasını “fürsətə” çevirməyə cəhd edənlər sırasından…
Bu gün səhər saatlarında AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğradı.
İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Təyyarədə 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər – 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.
Hamımız səhəri bu acı xəbərlə açdıq.
Soydaşlarımız bir qəzanın qurbanı və yaxud yaralısı oldular. Hər kəsin yalnız duası onlarla idi. Bu gün bizim xalqımızın çətin günü idi. Belə yerdə deyiblər ki, dostda, düşmən də dar gün də tanınar.
Bu dar günümüzdə dost dediyimiz hər kəs yanımızda idi. Bütün türkdilli ölkə başçıları bir anda nə köməyin lazım olduğunu açıqladılar. Sözsüz bu qardaşlıq, dostluq jesti idi. Qazaxıstan hökumətinin və ölkə əhalisinin davranışı və dəstəyi isə möhtəşəm idi. Aktau şəhərinin sakinləri yaralıları üçün qan vermək üçün sıraya düzülmüşdü. Qazax qardaşlarımız bu qəzada yaralananları tək qoymadı. Bu bir dostluq jestindəndən üstün bir addım idi. Amma bu çətin gündə öz ölkəsinə xəyanət edənlər heç də uzaqda deyil, öz içimizdən olan xəyanətkarlar oldu. Erməni mediası təxribatçı yazılar hazırlayaraq dərc etdikləri kimi, bizim içimizdə olan satqınlar da öz ampulalarında idilər.
Məhz bu gündə əlində sosial media resursları olan bu satqınlar insanların emosional hissləri ilə oynamağa başladılar. Meydan TV və onun kimi Qərbin, konkret olaraq erməni diasporunun pulları ilə danışan Tural Sadıqlı kimiləri bu təyyarə qəzasının bir şou olduğunu dilə gətirdilər. Belə hadisələr zamanı isə əsl simaları üzə çıxır. Bu adamlar elə bilirlər ki, quru sərhədlər açıq olanda təyyarə reysləri həyata keçirilmir və belə qəzalar olmur.
Bu hadisənin quru sərhədlərlə heç bir əlaqəsi yoxdur və təəssüflər olsun ki, dünyanın hər yerində belə qəzalar baş verir. Eyni zamanda, avtobus və minik avtomobilləri ilə də çoxsaylı qəzalar baş verir.
Amma bütün xəyanətkarlar elə bil bir orkestr trubbasını xatırladır. Əvvəl biri danışıq, daha sonra digərləri təxribatçı çıxışlar etməyə başlayır. Bu gün Əli Kərimli və ona züy tutanlar dar gündə xalqın yanında olmayanlardır. Öz xalqını, millətini satanın isə bir adı var: Xəyanətkar…
Nahid Canbaxışlı