“Nə Ukrayna prezidenti Vladimir Zelenski, nə də Rusiya prezidenti Vladimir Putin sülh istəmir, çünki hər ikisi vaxtın onların xeyrinə işlədiyinə inanır.”
Vətəninfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban iki ölkə liderləri ilə keçirdiyi görüşlərdən danışarkən deyib.
“İki lider əmindir ki, zaman onların xeyrinədir. Hər ikisi. Ona görə də heç bir güzəştə və sülhə getmək istəmirlər. Bu mənim təəssüratımdır. Onlar döyüşmək istəyirlər. Hansı ki, Avropa üçün pisdir. “Mən indi Ukrayna və ya Rusiya üçün nəyin xeyirli olduğuna diqqət yetirmirəm, Avropa nöqteyi-nəzərindən danışıram”, – Orban deyib.