Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin icrası haqqında” sərəncam
imzalayıb.
Vətəninfo.az-ın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin icrası,
gəlirlər 21 661 900,4 min manat, xərclər 11 832 650,1 min manat və ya Fondun 2023-cü il büdcəsində nəzərdə tutulana nisbətən
gəlirlər üzrə 132,6 faiz, xərclər üzrə 99,9 faiz səviyyəsində olmaqla təsdiqlənib.