image-1backend

Neftin qiyməti KƏSKİN ARTDI: İsrailə HÜCUM HAZIRLANIR – İLGİNC DETALLAR

image-reklam_sirab_01

Noyabrın 1-də neft qiymətləri 1 dolları keçərək artmağa davam edib.

Bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, “Brent” markalı neftin fyuçersləri 1,39 dollar, yəni 1,9% bahalaşaraq 74,20 dollara çatıb.

Eyni zamanda, ABŞ-ın WTI (West Texas Intermediate) neftinin qiyməti 1,44 dollar, yəni 2,1% artaraq 70,70 dollara yüksəlib.

Qiymət artımı İsrail kəşfiyyatının İraqdan İsrailə mümkün hücum barədəki xəbərləri fonunda baş verib.

İddialara görə, hücumda çoxlu sayda ballistik raket və PUA-dan istifadə edilə bilər.

Eyni zamanda, analitiklər qeyd edirlər ki, həm İslam Respublikası, həm də İsrail genişmiqyaslı müharibənin başlamasını istəmir. Bu o deməkdir ki, böyük ehtimalla yeni zərbələr məhdud olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image