image-reklam-veteninfo
image-1backend

Nepalda iğtişaşlar: Qanlı qarşıdurmalar Hindistanla sərhəddə baş verdi

image-reklam-veteninfo

Nepalda vəziyyət getdikcə daha da gərginləşir. Ölkənin müxtəlif şəhərlərində genişmiqyaslı talan, yandırma və vandalizm halları baş verib, buna cavab olaraq Nepal ordusu şəhərlərin küçələrinə qoşun yeridib.

Vətəninfo.az xəbər verir ki, Nepal Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, “müəyyən qruplar iğtişaşları mülki şəxslərə və ictimai əmlaka ciddi ziyan vurmaq üçün istifadə edir”. Ordunun çağırışı ilə bütün vətəndaşlar təmkinli olmağa və təhlükəsizlik qüvvələri ilə əməkdaşlığa dəvət edilib.

Paralel olaraq, Nepal-Hindistan sərhədində etirazlar başlamış, keçid məntəqələri bağlanmışdır. Etirazçılar polis postlarını yandıraraq etirazlarını bildirmişlər.

“India Today” telekanalının məlumatına görə, Nepal prezidenti Ram Çandra Paudel, ölkədəki kütləvi etirazlar fonunda istefa verməyib. Dövlət başçısının ofisinin açıqlamasına əsasən, Paudel əvvəllər yayılan istefa xəbərlərinə baxmayaraq, səlahiyyətlərini davam etdirir.

Sentyabrın 4-də Nepal hökuməti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tələbi ilə Facebook, Instagram və WhatsApp kimi sosial şəbəkələrə məhdudiyyətlər qoymuşdu. Sentyabrın 8-də isə Nepalın paytaxtı Katmandu və digər böyük şəhərlərində kütləvi etirazlar başladı. Bu etirazlar hökumətin tətbiq etdiyi məhdudiyyətlərə və asayişi qorumaq üçün hərbçilərin göndərilməsinə qarşı yönəlmişdi.

İğtişaşlar nəticəsində 22 nəfər həlak olub, 500-dən çox insan yaralanıb. Hökumət, etirazların genişlənməsi və təhlükəsizliyin təmin edilməsi üçün Katmandu şəhərinə hərbçilər göndərib və komendant saatı tətbiq edib.

Sentyabrın 9-da, etirazlar fonunda hökumət sosial şəbəkələrə qoyulan qadağanı ləğv edib. Nepalın baş naziri Şarma Olinin istefa verdiyi və ölkə prezidentinin də bu istefanı qəbul etdiyi bildirilib.

Daha əvvəl, iğtişaşçılar ölkənin keçmiş baş nazirini və hazırkı xarici işlər nazirini döyüblər, nazirləri və məmurları təxliyə etməyə başladılar. Etirazçılar keçmiş baş nazirin evini yandırıb və onun arvadını öldürüblər.

Son məlumatlara görə, etirazçılar Nepalın qərbindəki Dhangadi şəhərindəki həbsxanaya hücum edərək yüzlərlə məhbusu azad ediblər. Etirazçılar hökuməti devirməyə müvəffəq olduqlarını bildirir və ölkədə xaos davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki