image-345216385_257641323299120_4160497803182256833_nbackend

Nərgiz Məhəmmədi: “İran rejimi şagirdləri qəsdən zəhərləyir”

image-reklam_sirab_01
Güney azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi qızların təhsil aldığı orta məktəblərdə kütləvi zəhərlənmələrə görə İran hakimiyyətini ittiham edib.
Vətəninfo.az xəbər verir ki, hazırda Tehranın Evin həbsxanasında 10 il 8 ay həbs cəzasını çəkməkdə olan siyasi məhbus bu barədə bəyanat yayıb.
“Qadın və qızlar etiraz aksiyalarında fəal iştirak etdiyinə görə, İran hökuməti onlardan qısas alır və qızların təhsildən uzaqlaşdırılmasına çalışır”,- xanım Məhəmmədi bildirib.
O, İran hakimiyyəti ilə Taliban hökumətinin qadınlara qarşı mövqelərinin eyni olduğunu deyib.
“Hər ikisi də mahiyyətcə eynidir. Sadəcə Taliban qadınlara qarşı mövqeyini tribunalardan bəyan edir, İran hökuməti isə bunu məkrli siyasətlə həyata keçirir”,- siyasi məhbus qeyd edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki