Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının və rayon
Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevaya həsr
olunmuş “Zərif uğurların nişanəsi” adlı tədbir keçirilib.
Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevaya həsr
olunmuş “Zərif uğurların nişanəsi” adlı tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının və
rayon Ağsaqqallar Şurasının rəhbərliyi, Milli Məclisin deputatları, ali təhsil
müəssisələrinin professor-müəllim heyəti, səhiyyə işçiləri, ictimai təşkilatların
nümayəndələri, idarə və müəssisə qurumlarının sədrləri, rayon gəncləri iştirak ediblər.
Tədbirdə Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
İlk olaraq Zərifə Əliyevaya həsr olunmuş sənədli filmə baxıldı.
Çıxış edən Nəsimi rayon Ağsaqallar Şurasının sədri, “Əməkdar elm xadimi”, tibb
elmləri doktoru, professor Vaqif Şadlinski qeyd edib ki, Əliyevlər ailəsinin xeyir-bərəkət
simvolu olan, azərbaycanlı qadınına, analara məxsus müqəddəs duyğuları
şəxsiyyətində, simasında formalaşdıran Zərifə xanım həyat yoldaşı, dünya şöhrətli
dövlət xadimi Heydər Əliyev kimi müdrik, dahi bir insana, sözün həqiqi mənasında, əsl
dost, yaxın silahdaş və mənəvi dayaq olmuşdur.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tibb elmləri doktoru Asim
Mollazadə nəzərə çatdırıb ki, Zərifə xanım heç zaman gərgin işdən usanmamış,
ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək
vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə
göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin
dərin hörmətini qazandırmışdır. Unudulmaz alim, qayğıkeş ana olan Zərifə xanım
xalqımız tərəfindən ehtiramla yad olunmağa layiqdir.
Azərbaycan Tibb Universiteti – Daxili xəstəliklər kafedrasının müdiri, tibb elmləri
doktoru, professor Rafiq Məmmədhəsənov bildirib ki, ürəyində və əməllərində işıqlı
amalları, nəcib duyğuları yaşadan, özündən sonra zəngin elmi irs, o cümlədən gözəl
ailə nümunəsi qoyub gedən Zərifə xanım Əliyeva əfsanəyə çevrilərək xalqımızın
qəlbində və yaddaşında yaşamaqda davam edir və milli qadın kimliyinin parlaq örnəyi
olaraq tarixin silinməz silsilələrində əbədi yaşayacaq.
Tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universiteti – Oftalmologiya
kafedrasının müdiri Paşa Qəlbinur Zərifə xanımın yüksək insani keyfiyyəti, dərin zəkası,
insanlara olan qayğısından, tibb elminə verdiyi töhfələrdən bəhs edib.
Tədbirin bədii hissəsi Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi
Kollecinin istedadlı sənətşünaslarının ifasında sona çatıb.