Nəsimi rayonunda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində A.Bakıxanov küçəsində yerləşən yaşıllıq zolağında növbəti ağacəkmə aksiyası təşkil edilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatınınrəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarınınməsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Aksiya zamanı 200-dən artıq müxtəlif növ həmişəyaşıl ağaclar və dekorativ kollar əkilib, mövcud ağaclara isə aqrotexniki qulluq göstərilib.


























