Vətəninfo.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Livanda mümkün atəşkəs barədə şayiələri təkzib edib.
İsrail tərəfi ABŞ və Fransanın müvafiq təklifini qəbul etməyib.
“Atəşkəslə bağlı yayılan xəbərlər yalandır. Bu, Netanyahunun cavab belə vermədiyi franko-amerikan təklifidir”, – bəyanatda deyilir.
Ofis Livan istiqamətində hərbi əməliyyatların intensivliyinin mümkün azaldılması ilə bağlı iddiaları da təkzib edib.
“Şimalda döyüşləri yumşaltmaq üçün nəzərdə tutulan əmrlə bağlı şayiələr də həqiqətə uyğun deyil. Baş nazir İsrail Müdafiə Qüvvələrinə əvvəlcədən ona təqdim olunmuş planlara uyğun olaraq bütün gücü ilə döyüşü davam etdirməyi tapşırıb”, – mətndə deyilir.