image-1backend

“Netanyahu adlı qaniçən barbar və quldur dayandırılmalıdır” – Ərdoğan

image-reklam_sirab_01

İsrailin baş naziri Benyamin Netanyahu və onun əlaltılarının fələstinli mülki vətəndaşlara qarşı törətdiyi qanlı cinayətlərə son qoyulmalıdır.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bölgəni və bütün dünyanı fəlakətə sürükləyən Netanyahu adlı qaniçən barbar və quldura son qoyulmalıdır”, – Türkiyə lideri xüsusilə qeyd edib.

Onun sözlərinə görə, Türkiyə Fələstin xalqının öz hüquqları uğrunda apardığı ədalətli mübarizəni dəstəkləyir, bunun üçün bütün imkanlarından istifadə edir.

“Türkiyə fələstinlilərə qarşı 76 ildir davam edən zülm, qırğın və ədalətsizliyə qarşı bütün platformalarda dayanır”, – deyə “Anadolu” agentliyi sitat gətirib.
Dövlət başçısı Ankaranın ölkənin milli təhlükəsizliyinə Şimali İraq və Suriyadan gələn terror təhlükəsini aradan qaldırmaq əzmində olduğunu bir daha vurğulayıb.

“Türkiyə Şimali İraq və Suriyada terror törədən bataqlıqları qurutmadıqca özünü təhlükəsiz hiss edə bilməz”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki