Vətəninfo.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu bazar günü İsrailin mərkəzində strateji hədəfə atılan Livan Hizbullah hərəkatına aid minlərlə qısa mənzilli raket və bütün pilotsuz təyyarələrin məhv edildiyini açıqlayıb.
Netanyahu vurğulayıb ki, Hizbullah bazar günü səhər İsrailə raket və pilotsuz təyyarələrlə hücum etməyə çalışıb və buna görə də orduya “təhdidləri aradan qaldırmaq üçün güclü qabaqlayıcı zərbə endirmək” əmri verilib.
“İsrail Müdafiə Qüvvələri minlərlə qısamənzilli raketi məhv edib, onların hamısı vətəndaşlarımıza və qüvvələrimizə zərər vermək məqsədi daşıyırdı. İsrail Müdafiə Qüvvələri Hizbullahın ölkənin mərkəzində strateji hədəfə qarşı atdığı bütün dronları ələ keçirib. Bu, vəziyyəti dəyişmək üçün növbəti addımdır və bu, son deyil”, – Netanyahu bildirib.