image-1backend

Netanyahu : Biz İranın  hərbi obyektlərinə hücum etməyə hazırıq

image-reklam_sirab_01

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Bayden administrasiyasına deyib ki, o, İranın atdığı raketlərə cavab olaraq neft və ya nüvə obyektləri əvəzinə İranın hərbi obyektlərini vurmağa hazırdır. Vətəninfo.az-ın  məlumatına görə , bu barədə “The Washington Post” öz mənbələrinə istinadən yazır.

“Netanyahu Bayden administrasiyasına deyib ki, o, neft və ya nüvə obyektlərinə deyil, İranın hərbi obyektlərinə zərbələr endirməyə hazırdır”, – nəşr yazır.

“The Washington Post” qəzetinin yazdığına görə, bu, tammiqyaslı müharibənin qarşısını almaq məqsədi daşıyan daha məhdud cavab tədbirləri nəzərdə tutur.

Bayden və Netanyahu arasında son bir neçə həftə ərzində ilk telefon danışığı oktyabrın 9-da baş tutub.

Qəzet mənbələrə istinadən yazır ki, Netanyahunun əvvəlkindən daha “daha ​​ehtiyatlı mövqe tutduğunu” yazır. Bu, digər şeylərlə yanaşı, Baydenin İsrailə güclü THAAD raketdən müdafiə sistemi göndərmək qərarına təsir etdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki