image-1backend

Netanyahu daha bir rəqibini sıradan çıxardı: Katzı müdafiə naziri təyin edərək Yoav Qalantı istefaya göndərdı

image-reklam_sirab_01
İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qalantı İsrailin hərbi əməliyyatları və daxili siyasəti ilə bağlı fikir ayrılığına görə vəzifəsindən azad edib.

Vətəninfo.az xəbər verir ki,  Netanyahu noyabrın 5-də axşam saatlarında videomüraciətində onunla müdafiə naziri arasında “etibarın qırıldığını” bildirib.

İsrail baş nazirinin ofisindən verilən məlumata görə, hazırda xarici işlər naziri vəzifəsini tutan İsrael Katz müdafiə naziri, Knesset üzvü Gideon Saar isə xarici işlər naziri vəzifəsində Katzı əvəz edəcək.

Nazirlər Kabinetində kadr dəyişikliyi İsrail üçün çox vacib bir vaxtda, ölkənin Qəzza zolağında Həmas və Livanda Hizbullaha qarşı iki cəbhədə hərbi əməliyyatlar apardığı bir vaxtda baş verir.

Qallant işdən çıxarılması xəbərindən sonra X sosial platformasında yazıb ki, İsrailin təhlükəsizliyi “həyatımın missiyası olub və həmişə belə olacaq”. Və videomüraciətində o, işdən çıxarılmasının üç məsələ ilə bağlı fikir ayrılıqları ilə əlaqədar olduğunu bildirib.

Netanyahu isə öz növbəsində Galantla fikir ayrılıqlarını həll etmək üçün çox cəhdlər etdiyini, lakin bunun nəticə vermədiyini və ictimaiyyətin bundan xəbər tutduğunu bildirib.

Daha da pisi odur ki, bu, düşmənimizə məlum oldu, düşmənlərimizi qane etdi və böyük fayda gətirdi”, – Netanyahu əlavə edib.

Netanyahunun Qalantın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı açıqlamasından sonra müxalifətin çağırışı ilə Qüds və Təl-Əvivdə nümayişlər keçirilib. Təl-Əvivdə etirazçılar əsas magistral yolu bağlayıblar, Qüdsdə isə Netanyahunun iqamətgahı yaxınlığında etiraz aksiyası keçiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image