image-1backend

Netanyahu danışıqlardan imtina etdi

image-reklam_sirab_01

İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS ilə razılaşmanın ikinci mərhələsini müzakirə etməkdən imtina edib.

Vətəninfo.az xəbər verir ki, Netanyahu razılaşmanın birinci mərhələsinin uzadılmasını istədiklərini bəyan edib.

Netanyahu ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun ilk mərhələnin Ramazan və Pasxa ayı ərzində uzadılmasını nəzərdə tutan təklifini qəbul edib.

“İsrail danışıqların səmərəsiz olduğu təəssüratını qazanarsa, birinci mərhələ bitdikdən sonra Qəzzaya hücumlar yenidən başlaya bilər. Bu qərar Tramp administrasiyasının tam dəstəyinə malikdir. HƏMAS öz mövqeyini qoruyub saxlasa və əsirləri azad etməsə, mənim açıqlaya bilməyəcəyim başqa nəticələr olacaq”, – deyə Netanyahu qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image