image-1backend

Netanyahu dronlardan qorxaraq bu addımı atdı 

image-reklam_sirab_01

İsrailin baş naziri Benyamin Netanyahu kiçik oğlu Avnerin noyabrın sonuna planlaşdırılan toyunu daha sonrakı tarixə keçirmək istəyir. Vətəninfo.az xəbər verir ki,  İsrailin “Kan 11” telekanalı yazır ki, bu, təhlükəsizlik təhdidləri, o cümlədən dron hücumu riski ilə bağlıdır.
Məlumata görə, toy əvvəlcə noyabrın 26-da Təl-Əvivin şimalındakı bir bağçada keçirilməli idi, ancaq Netanyahu indi qonaqları hədsiz riskə məruz qoymamaq üçün toyun təxirə salınmasını planlaşdırıb.
Qeyd olunur ki, İsrailin baş naziri uzun aradan sonra bu həftə yenidən fəaliyyətə başlayan Knessetin (parlament) iclaslarının başqa otağa köçürülməsi zərurətini də açıqlayıb.
Telekanalın məlumatına görə, Netanyahunun ən böyük narahatlığı pilotsuz təyyarələrin hücumu təhlükəsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki