image-reklam-veteninfo
image-1backend

Netanyahu Fələstin dövləti ideyasını rədd edir

image-reklam-veteninfo
Vətəninfo.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronla telefon danışığında Fələstin dövlətinin yaradılması ideyasını rədd edərək, onu gələcək İran terrorizmi üçün platforma adlandırıb.

“Baş nazir Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronla telefonla danışıb. “İsrailin baş naziri danışıq zamanı Fələstin dövlətinin yaradılması ideyasını qətiyyətlə rədd edib və belə bir qərarın İran terrorizmi üçün stimul olacağını vurğulayıb”, – Netanyahunun ofisinin yaydığı bəyanatda deyilir.

Netanyahu Fransa prezidentinə xatırladıb ki, Fələstin Muxtariyyəti rəhbərliyi də daxil olmaqla heç bir Fələstin lideri hələ 2023-cü il oktyabrın 7-də Fələstinin Həmas hərəkatının İsrailə hücumunu qınamayıb.

Bundan əvvəl Makron Fransanın iyun ayında Fələstin dövlətini tanıya biləcəyini açıqlamışdı. Paris Fələstinin müstəqilliyinin bir neçə ölkə tərəfindən tanınmasını təmin etmək üçün iyun ayında Səudiyyə Ərəbistanı ilə Qəzza üzrə sülh konfransı keçirməyi planlaşdırır.

2024-cü ilin iyulunda İsrail parlamenti İordan çayının qərb sahilində Fələstin dövlətinin yaradılması əleyhinə bəyannaməni böyük səs çoxluğu ilə təsdiqlədi. Sənəddə qeyd olunur ki, İsrail birtərəfli qaydada Fələstin dövlətinin yaradılmasını onun üzərinə yükləmək cəhdlərinə müqavimət göstərəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki