İsrailin baş naziri Benyamin Netanyahu, bir neçə ölkənin Fələstin dövlətçiliyini tanıması qərarını kəskin tənqid edərək, bunu “Fələstin terrorizminə utanc verici təslimiyyət” adlandırıb.
Netanyahu, ofisinin yaydığı qısa bəyanatda bildirib ki, “Belə addımlar İsraili heç bir şəkildə bağlamır. Fələstin dövləti yaradılmayacaq.”
Daha əvvəl Andorra, Belçika, Lüksemburq, Malta, San Marino və Fransa Fələstini tanıdıqlarını bəyan ediblər. Sentyabrın 21-də isə Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya oxşar addımlar ataraq, “iki dövlətli həlli” həm fələstinlilər, həm də israillilər üçün sülh və təhlükəsizliyin əsası olaraq gördüklərini vurğulayıblar.