image-1backend

Netanyahu Husilərlə smüharibəyə başlayır: Orduya əmr edib

image-reklam_sirab_01

İsrailin baş naziri Binyamin Netanyahu müdafiə naziri İsrael Katz ilə birlikdə İsrail Müdafiə Qüvvələrinə Yəməndə husilərin strateji obyektlərini hədəf almağı əmr edib.

Vətəninfo.az    xəbər verir ki,  bu barədə Netanyahu parlamentdə çıxışı zamanı bildirib.

“Son günlərdə biz İsrail Müdafiə Qüvvələrinə husilərin strateji hədəflərinə dəqiq zərbələr endirməyi tapşırmışıq. Husilərin istifadə etdiyi əhəmiyyətli terror aktivlərini məhv etdik. Bu, ilk hücumdur və sonuncu deyil”, – Netanyahu bildirib. 

Dekabrın 19-da İsrail ordusu Yəməndən ölkənin mərkəzi hissəsinə raket hücumunu qeydə aldığını və bir raketin qarşısını aldığını bildirib. Yerdəki dağıntılar Təl-Əvivin şərq ətrafı olan Ramat Qanda məktəb binasına ciddi ziyan vurub.Həmin gün İsrail ordusu Yəməndəki husi üsyançılarını, o cümlədən Sənadakı enerji infrastrukturunu hədəf alan hava hücumlarını elan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image