image-44backend

Netanyahu: “İran Şimali Koreyadan 50 dəfə daha təhlükəlidir”

image-reklam_sirab_01
İsrailin baş naziri Benyamin Netenyahu İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandiri İsmail Qaaninin “İsrailin məhv edilməsi zəruridir” açıqlamasına cavab verib.
Vətəninfo.az xəbər verir ki, ABŞ Konqresinin hər iki partiyasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdə Netanyahu İran rejiminin Şimali Koreyadan 50 qat daha təhlükəli olduğunu vurğulayıb. O, bu rejimin bir atom bombası ilə kifayətlənməyəcəyini və 5 atom bombası əldə etmək üçün kifayət qədər urana malik olduğunu deyib.
“İran İsraili kiçik şeytan, ABŞ-ı isə böyük şeytan hesab edən ideologiya qüvvədir və bütün Amerika şəhərlərini nüvə zərbələri ilə hədələyə bilsə, tarix dəyişəcək”,- baş nazir xəbərdarlıq edib.
İsrailin müdafiə naziri Yoaf Qalant da yunanlı həmkarı ilə keçirdiyi görüşdə İranın bir atom bombası ilə kifayətlənməyəcəyini və 5 bomba hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş 20-60% konsentrasiyalı urana malik olduğunu açıqlayıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki