İsrail və ABŞ İranın Yaxın Şərqdəki nüvə ambisiyalarının qarşısını almaqda qərarlıdır.
Vətəninfo.az xəbər verir ki , “The Times Of Israel”in yazdığına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə görüşündən sonra bildirib.Onun sözlərinə görə, bir sıra məsələlər ətrafında səmərəli müzakirə aparılıb.”İsrail və ABŞ İran təhdidinə qarşı çiyin-çiyinə dayanır. Biz ayətullahların nüvə silahına malik olmaması ilə bağlı razılığa gəldik, həmçinin İranın bölgədəki təcavüzünün dəf edilməsi ilə bağlı razılığa gəldik”, – Netanyahu bildirib.