image-reklam-veteninfo
image-indir-2backend

Netanyahu: “İranın nüvə infrastrukturunu axsatmayan razılaşma mənasızdır”

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, İsrailin baş naziri Amerika mediasına müsahibəsində bəyan edib ki, Vaşinqton və Tehran arasında İranın nüvə infrastrukturunu axsatmayan istənilən razılaşma dəyərsizdir və heç bir mənası yoxdur.
“İranlılar əsasən sizin onlara verdiyiniz şeyi alırlar (müqavilədə), lakin onlar (praktiki olaraq nüvə proqramından) geri çəkilmirlər və nüvə silahı və ya nüvə silahı komponentləri istehsal etmək imkanlarından imtina etmirlər”.
İsrailin “Haaretz” qəzeti bir müddət öncə iddia edib ki, Co Bayden administrasiyası İranla uranı 60 faizdən yuxarı zənginləşdirməyəcək və nüvə silahı üçün lazım olan 90 faizlik zənginləşdirmə etməyəci ilə bağlı ilkin razılaşma layihəsi əldə edib.
Bu “şərti razılaşma”da Vaşinqton hökuməti İranın təxmini dəyəri 20 milyard dollar olan bloklanmış aktivlərinin bir neçə ölkəyə buraxılmasına qarşı çıxmamağa razılaşıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki