image-reklam-veteninfo
image-1backend

Netanyahu: İsrail Livanın cənubunda Hizbullaha qarşı əməliyyatları davam etdirəcək

image-reklam-veteninfo

İsrail Baş naziri Binyamin Netanyahu ölkəsinin Livanın cənubunda Hizbullahın infrastrukturuna qarşı əməliyyatları davam etdirəcəyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Netanyahu videomüraciətində İsrail ordusunun Hizbullaha qarşı növbəti uğurlu əməliyyat həyata keçirdiyini bildirib. Onun sözlərinə görə, İsrail qüvvələri Bofort və Əli əl-Tahir yüksəkliklərində yerləşən Hizbullahın əsas mövqelərini məhv edib.

Baş nazir İsrailin Livanla bağlı siyasətinin dəyişmədiyini vurğulayıb.

“Siyasətimiz aydındır: Livanın cənubunda təhlükəsizlik zonasında terrorçu infrastrukturu məhv etməyə davam edəcəyik. İsrailə qarşı istənilən təhlükəni aradan qaldırmaq üçün fəaliyyətimizi davam etdirəcəyik”, – Netanyahu bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki