image-reklam-veteninfo
image-1backend

Netanyahu: “ İsrailin  İrana hücumu dünyanı təəccübləndirdi” 

image-reklam-veteninfo

İsrailin Baş naziri Benyamin Netanyahu, ölkəsinin İrana qarşı apardığı 12 günlük hərbi əməliyyatın “dünyanı təəccübləndirdiyini” bildirib. Vətəninfo.az xəbər verir ki, o, bu fikirləri dünən yayımlanan “Trigger Me Not” podkastına verdiyi müsahibədə səsləndirib.

İranın bölgədəki dağıdıcı fəaliyyətlərinə və proksi qüvvələrə verdiyi dəstəyə toxunan Netanyahu, İsrailin 2024-cü il oktyabrın 7-də HƏMAS tərəfindən edilən hücumdan sonra “çox tez toparlandığını” və böhranın əsas mənbələrini hədəfə almağa qərar verdiyini bildirib.

Baş nazir deyib ki, həmin vaxt strateji qərar qəbul edilib: “İsrail reaksiya verib HƏMAS-ı məhv etməli, ardınca Hizbullahı və Əsəd rejimini hədəfə almalı, sonra isə çox sərt zərbə ilə İranı vurmalı idi – bu, dünyanı təəccübləndirəcək şəkildə həyata keçirilməli idi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki