image-reklam-veteninfo
image-880558_srcbackend

Netanyahu: Qəzzadakı müharibə başa çatmaq üzrədir

image-reklam-veteninfo

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkə HƏMAS hərəkatına qarşı Qəzza zolağında apardığı hərbi kampaniyanın son mərhələsindədir. Bu barədə The Times of Israel məlumat yayıb.

“Biz kampaniyanın başa çatması ərəfəsindəyik”, – deyə Netanyahu vurğulayıb.

Ynetnews-un məlumatına görə, bazar ertəsi Qahirəyə HƏMAS nümayəndə heyəti gələcək. Səfərin məqsədi İsraillə atəşkəs üzrə dolayı danışıqları bərpa etməkdir.

Heyətə Qəzzadakı HƏMAS lideri Xalil əl-Hayya rəhbərlik edəcək. O, Misir kəşfiyyatının nümayəndələri ilə İsrailin Qəzza şəhərini ələ keçirmə planlarını, orada genişmiqyaslı əməliyyat aparılmasını, həmçinin israilli girovların azad olunması ilə bağlı danışıqların yenidən başlanması imkanlarını müzakirə edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki