İsrailin baş naziri Benyamin Netanyahu bir daha israillilərə ölkənin şimalındakı evlərini qaytaracaqlarına söz verib.
Vətəninfo.az xəbər verir ki,o bunu Times of Israel-ə ABŞ və Livanın Hizbullah hərəkatı ilə hərbi əməliyyatların müvəqqəti dayandırılması ilə bağlı danışıqlara yaşıl işıq yandırması barədə xəbərlər fonunda bildirib.
“Mən etdiyimiz hər şeyi deyə bilmərəm” dedi o, videomüraciətində, “amma sizə bir şeyi deyə bilərəm: sakinlərimizi sağ-salamat evlərinə qaytarmaq əzmindəyik.”
Biz Hizbullaha heç vaxt təsəvvür edə bilməyəcəyi zərbələr vururuq. Biz bunu güclə edirik, hiylə ilə edirik. Sizə bir söz verə bilərəm, onlar evə dönənə qədər dincəlməyəcəyik.”