ABŞ-ın 45-ci prezidenti Donald Trampa sui-qəsd cəhdindən sonra İsrail hökumətinin üzvləri onun son aylardakı qızğın bəyanatlarından sonra baş nazir Benyamin Netanyahunu da oxşar aqibət gözləyəcəyindən qorxurlar.
Vətəninfo.az xəbər verir ki, 2023-cü ilə qədər İsrailin Energetika Naziri olan Eli Koen X səhifəsində belə yazıb: “Trampın sui-qəsd cəhdi baş nazir Netanyahuya qarşı təxribat kampaniyası aparanlara və buna səssiz qalanlara açıq xəbərdarlıq siqnalıdır”.
Trampa qarşı sui-qəsd cəhdindən sonra rabitə naziri Şlomo Kari “İsraildə vəziyyətin ikiqat ciddi olduğu” fikrini bildirib.
“Keçmiş prezident Trampa sui-qəsd ABŞ-da ona qarşı sonsuz təxribat xarakterli hərəkətlərdən sonra baş verib. “Baş nazirə Netanyahuya, onun həyat yoldaşına və oğluna qarşı ciddi təxribatlar reallığa həmişəkindən daha yaxındır”, – deyə nazir “The Times of Israel”dən sitat gətirib.
Diasporla iş üzrə nazir Amihai Şikli də özünün X səhifəsində “Trampın sui-qəsd cəhdi ona qarşı təhrik və qanuniləşdirmə kampaniyasının birbaşa nəticəsidir” fikrini bildirib.
“İsraildə baş nazir Netanyahuya qarşı oxşar təxribat kampaniyası aparılır və o, sadəcə “sağ” tərəfdən gəldiyi üçün Baş Prokuror və hüquq-mühafizə sistemi tərəfindən tamamilə cəzasız qalır. Ayıbdır”, – o yazıb.
İsrail mediası iddia edir ki, məhz bu təxtibatdan sonra Netenyahunun mühafizəsi gücləndirilib.


























