image-1backend

“Netenyahu həbs edilməlidir” – Ərdoğan

image-reklam_sirab_01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə Şahinbəy Xalq Kitabxanasında gənclərlə görüşü zamanı Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə icazə verməsi qərarı İsrailə qarşı olan ölkələrin qələbəsidir, – Anadolu xəbər verir.

“Beynəlxalq Cinayət Məhkəməsi çox düzgün qərar qəbul edib. Lakin Netanyahu heç vaxt əvvəlki qərarlara tabe olmayıb. O da buna tabe olmayacaq. Amma ona tabe olub-olmamasından asılı olmayaraq, bu qərarın verilməsi faktı İsrailə qarşı çıxan ölkələrin qələbəsidir. Bu, çox vacib idi”, – deyə Ərdoğan BCM-nin Netanyahunun həbsinə icazə vermək qərarına münasibət bildirmək istəməsinə cavab verib.

Türkiyə prezidentinin sözlərinə görə, indi Netanyahunun məhkəmənin qərarına cavab olaraq hansı addımlar atacağını izləyəcəyik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image