image-1backend

Netenyahu xalqa müraciət etdi:”Əgər biz özümüzü qorumasaq, heç kim bizi qorumayacaq”

image-reklam_sirab_01

İsrailin baş naziri Benyamin Netanyahu mayın 5-i bazar günü Holokostu Anma Günü münasibətilə yəhudi xalqına mesaj göndərib. Onun açıqlamalarını İsrail mətbuatı sitat gətirir.
“O dövrdə bizə düşmən münasibət bəsləyən dünya liderləri var idi. Holokostun əsas dərsi də budur. “Əgər biz özümüzü qorumasaq, heç kim bizi qorumayacaq. Əgər təkbaşına mübarizə aparmalı olsaq, bunun öhdəsindən gələcəyik”, – Netanyahu bildirib.

Vətəninfo.az xəbər verir ki, İsrailin baş naziri girovların azad edilməsi ilə bağlı HƏMAS ilə danışıqların gedişatını şərh edib. O, mətbuatda yayılan danışıqlara və girovların yaxınlarına xələl gətirən xəbərlərə inanmamağa çağırıb. “Biz qaçırılanların azad edilməsi üçün hər cür səy göstəririk. Bütün diqqətimizi bu məsələyə yönəltmişik”.

Onun sözlərinə görə, İsrail girovların azad edilməsi üçün müvəqqəti atəşkəsə və digər güzəştlərə hazırdır. Bununla belə, HƏMAS hərbi əməliyyatların yekun olaraq dayandırılmasını və qoşunların Qəzza zolağından çıxarılmasını tələb edir.

“İsrail dövləti bununla razılaşa bilməz…” Netanyahu bildirib. Onun sözlərinə görə, HƏMAS-ın tələbləri ilə razılaşmaq məğlubiyyəti qəbul etmək deməkdir. Bu, “İsrailin zəifliyindən xəbər verəcək” və bu, yeni müharibələrə səbəb olacaq və qonşuları ilə yeni müqavilələrin bağlanmasını gecikdirəcək. “Çünki ittifaqlar zəif və məğlub olanlarla deyil, güclülər və qaliblərlə bağlanır”, – o deyib.

“Ona görə də İsrail bütün hərbi məqsədlərə nail olunana qədər mübarizəni davam etdirəcək”, – deyə baş nazir əmin edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki