“The New York Times” qəzeti bu yaxınlarda HƏMAS qruplaşmasının gizli toplantılarından sənədlər əldə edib. Vətəninfo.az xəbər verir ki, sənədlərdə qruplaşmanın ötən il oktyabrın 7-də İsrailin Qəzza zolağı ətrafındakı İsrail yaşayış məntəqələrinə qarşı əməliyyat planlaşdırdığını göstərir.
Qəzetin məlumatına görə, HƏMAS qruplaşması daha öncədən İsrailə hücum planı barədə İrana xəbər verib.
Sənədlərə görə, HƏMAS İran və Hizbullahı bu hücumda iştirak etməyə razı salmağa çalışdığı üçün əməliyyatın icrasını gecikdirib.