image-1backend

New York Times: Rəisinin helikopterinin 17 saatlıq axtarışının detalları açıqlanıb

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verib ki, dünən “The New York Times” qəzeti İran prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə 17 saatlıq vaxtın detallarını paylaşıb.
Sözügedən qəzet bu faciəli uçuş haqqında yazıb: “Hadisə mayın 19-da günorta saat 13:00-da İran prezidenti İbrahim Rəisinin olduğu helikopterin digər iki helikopter arasında uçması, ancaq yarım saatdan sonra yoxa çıxması ilə başlayıb. Axtarış əməliyyatı başlayan kimi hökumət rəsmiləri ölkəni iğtişaşlardan qorumaq üçün səylərə başladılar.
İran ordusu eyni vaxtda döyüş hazırlığı vəziyyətinə gətiridi. Eyni zamanda, ölkədə etirazların yaranmasının qarşısını almaq üçün Tehran və ölkənin böyük şəhərlərinin küçələrində mülki geyimli təhlükəsizlik qüvvələri yerləşdirildi.
Helikopterin dəqiq yeri bəlli olmadığı üçün İranın rəhbəri Əli Xameneyi öz evində Ali Milli Təhlükəsizlik Şurasının təcili iclasını keçirdi. SEPAH zabiti və hökumət rəsmisinin sözlərinə görə, Xameneyi SEPAH qüvvələrinə ölkədə asayişi və hakimiyyəti qorumağı tapşırıb”.
“The New York Times” həmçinin xilasetmə qruplarının qəza yerinə piyada getdiyini, ancaq ilk gələnlərin könüllü motosikletçilər olduğunu vurğulayıb. Helikopterin qəzaya uğradığı yerdə İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın tamamilə yanmış cəsədləri aşkarlanıb.
Onlar Rəisinin cəsədini üzüyündən, İranın xarici işlər nazirinin cəsədini isə onun saatından tanıyıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki