Vətəninfo.az “The New York Times” istinadən xəbər verir ki, İsrail gələn ay ABŞ-nin köməyi ilə İranın nüvə obyektlərini hədəfə almağı planlaşdırıb, ancaq Tramp administrasiyası daxilində fikir ayrılıqları yarandıqdan sonra o, bu planı dayandırıb.
Məlumata görə, Tramp Tehranın nüvə proqramını məhdudlaşdırmaq üçün danışıqlara girməyə üstünlük verib.
“Müzakirələr İranın hərbi və iqtisadi cəhətdən zəiflədiyi bir şəraitdə Vaşinqtonun diplomatiya ardınca getməli, yoxsa İsrailin Tehranın bomba yaratmaq qabiliyyətini gecikdirmək səylərinə dəstək verməsi üzərində qurulub. Danışıqlara hazırlıq əlamətlərini göstərdikdən sonra ABŞ hökuməti daxilində hərbi hücumdan yayınmaq üçün konsensus yaranıb”, – deyə, qəzetdə vurğulanıb.