Azərbaycanda estetik əməliyyat etdirənlərin sayı artsa da, heç də hamısı uğurlu nəticə vermir. Son vaxtlar bu tipli şikayətlərin sayı artmaqdadır.
Xəbər verdiyimizi kimi Səhiyyə nazirliyi və hüquq müahizə orqanları saxta lisenziya əldə etmiş plastik cərrahlarla bağlı araşdırma aparırı və artıq bir neçə cərrahın lisenziyası ləğv edilib.
Bu əməllərin qurbanları isə artmaqdadır. Vətəninfo.az xəbər verir ki, belə qurbanlardan biri də Bakı sakini, Gunay Məmmədovadır.
G. Məmmədovanı “Medaura” klinikası baş həkimi plastik cərrah Nigar Məhəmmədova əməliyyat edib.
Buna əgər plastik əməliyyat demək olarsa…
Pasiyentin bütün üz fizioloji quruluşu dəyişib, tanınmaz hala düşüb. Şikayətçi bildirir ki, nəfəs almaqda çətinlik çəkir, dost- tanış, qouhumlar belə artıq məni tanımır, çünki üzüm tamimilə dəyişib ancaq səsimdən tanıyırlar.
Şikayətçi bildirir ki, Nigar Məhhəmmədova və köməkçisi Yaqub məni aldatdılar bu hala saldılar. Mənə 1 saatlıq korreksiya əməliyyatı deyib, 4 saat narkozdan saxlayıb əməliyyat ediblər. Bir ay ərzində məni iki dəfə əməliyyata salıblar, mənə deyilmədən həyati əhəmiyyətli orqanlarıma müdaxilə (qabırğama) müdaxilə olunub. Bu günə qədər cərrahiyə əməliyyatı yeri sağalmayıb, yaramdan irin axırdeyə G. Məmmədova bildirib.
Belə uğursuz əməliyyatın icracısı isə ”Medaura” klinikasında Nigar Məhəmmədova baş həkim kimi fəaliyyət göstərir,pasiyentlər qəbul edir,əməliyyat həyata keçirir.
Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına şikayət olunub araşdırma aparılır.
Şikayətlə bağlı ”Medaura” klinikası ilə əlaqə yaratmaq mümkün olmadı. Nigar Məhəmmədovanın açıqlamasını dərc etməyə hazırıq.
Həmin fotoları təqdim edirik:
Qeyd edək ki, “MedAura” klinikasının qanuni təmsilçisi və direktoru Zeynallı Nihat Yusifoğludur.
xalq.az