Ermənistan 3+3 formatında görüşün Tehranda keçirilməsinə razıdır.
Vətəninfo.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol_Paşinyan 3+3 formatında görüşün Tehranda keçirilməsinə razılıq verib.
Məlumata görə, Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Türkiyə və Rusiyanın daxil olduğu bu format daha öncə (Bakı tərəfindən) təklif edilib.


























