Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya səfəri gözlənilir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının (AİİB) iclası çərçivəsində jurnalistlərə açıqlama verib.
“Nikol Vovaeviç iki həftə əvvəl Rusiyada olub və yaxın vaxtlarda onu yenidən Rusiyada qonaq olaraq gözləyirik”, – deyə Overçuk bildirib.