image-image_750x_67a31f1761378backend

Nissan Honda ilə birləşməkdən imtina etdi

image-reklam_sirab_01

Nissan Motor Company başqa bir yerli avtomobil nəhəngi Honda Motor ilə birləşmə təklifini rədd etmək niyyətindədir. Vətəninfo.az xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb. Əvvəlcə tərəflərin müştərək holdinq yaratmaqla biznesi inteqrasiya edəcəyi planlaşdırılırdı. Lakin bu həftə məlum oldu ki, Honda Nissan-a onun törəmə şirkəti olmağı təklif edib. Bu, Nissan-da mənfi reaksiyaya səbəb oldu, nəticədə birləşmə danışıqları uğursuzluqla üzləşdi. Belə bir vəziyyətdə, ekspertlərin fikrincə, ola bilsin ki, tərəflər birləşmək üçün heç vaxt qarşılıqlı məqbul variant tapa bilməyəcəklər.

Yapon analitikləri qeyd edirlər ki, iki şirkəti birləşdirməklə Yaponiya avtomobil sənayesi Çin avtomobil sənayesinin yaratdığı kəskin rəqabət problemi ilə üzləşmək üçün səylərini birləşdirməyə çalışacaq. Birləşmə baş verərsə, Toyota və Volkswagen-dən sonra dünyanın üçüncü ən böyük avtomobil konserni meydana çıxacaq ki, bu da Yaponiya avtomobil sənayesinin, xüsusən də elektromobil istehsalı sahəsində rəqabət qabiliyyətini artıracaq və yeni investisiyalar gətirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image