image-5backend

Nizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbirlər keçirilib

image-reklam_sirab_01

Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə millət vəkillərinin, geniş rayon ictimaiyyətinin, şəhid ailələrinin, qazilərin və gənclərin iştirakı ilə tədbirlər keçirilib.

İlk öncə Vətən müharibəsi şəhidləri memorial  kompleksi önünə əklil və gül dəstələri qoyulub, həmçinin Keşlə Şəhidlər xiyabanı və II Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üstunə güllər qoyularaq əziz xatirələri dərin ehtiramla yad edilib.

Sonra Zəfər Günü münasibətilə rayon bayram tədbiri təşkil edilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov, Milli Məclisin deputatları Könül Nurullayeva, Rasim Musabəyov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər. Qeyd olunub ki, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan xalqı bu gün böyük coşqu və fəxarət hissləri ilə 8 Noyabr – Şanlı Zəfər qələbəsinin 4-cü ildönümünü qeyd edir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük hərbi-siyasi diplomatiyası, qətiyyətli sərkərdəlik məharəti sayəsində rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər səlnaməsini yazdı, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra edərək xalqımıza qarşı olan tarixi ədalətsizliyə son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Eyni zamanda şanlı Zəfər qələbəsinin tarixi və məntiqi davamı olaraq müzəffər ordumuzun rəşadəti sayəsində həyata keçirilən antiterror əməliyyatları nəticəsində Qarabağda ölkəmizin tam suverenliyi bərpa olundu, bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri ilə Azərbaycan qalib ölkəyə, xalqımız müzəffər xalqa çevrildi.

Çıxış edənlər xalqımıza tarixi Zəfər qələbəsini yaşadan, bu yolda canlarını belə əsirgəməyən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyiblər. Böyük Qəhrəmanlıq dastanını yazmış Vətən övladları heç vaxt unudulmayacaq, xalqımızın qəlbində daim yaşayacaqlar.

Tədbirdə həmçinin Vətən müharibəsi qəhrəmanı, şəhid Milli qəhrəman Azad Hümbətovun atası Arif Hümbətov və Vətən müharibəsi iştirakçısı, mayor Nicat Əmirəliyev çıxış edərək ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən hərtərəfli qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını və sonsuz təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda bayram konsert proqramı nümayiş olunub, tanınmış incəsənət nümayəndələrinin milli-vətənpərvərlik mövzularında çıxışları dinlənilib.

Həmçinin rayonda Heydər Bağı-Park Bulvarda təntənəli bayram atəşfəşanlığı keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image