image-1backend

Norveç artilleriya sursatlarının istehsalı üçün 94 milyon dollarlıq müqavilə imzalayır

image-reklam_sirab_01

Norveç hökuməti artilleriya sursatlarının istehsalını artırmaq üçün Nammo müdafiə firmasına 1 milyard kron (94 milyon dollar) verəcək. Reuters xəbər verir ki, bu barədə bəyanat NATO dövlət başçılarının çərşənbə axşamı Vaşinqtonda illik sammitinə toplaşarkən verilib.

Norveç hökuməti çərşənbə axşamı bildirib ki, “Nammo müdafiə sektoru üçün ən müasir artilleriya mərmilərinin istehsalını on dəfə artıra biləcək yeni istehsal xəttinə sərmayə qoyur”.

Bəyanatda əlavə edilib ki, Namo yeni istehsal gücünü ən azı 15 il saxlamağa söz verib. Norveç və onun NATO müttəfiqləri qismən Ukraynanı təchiz etmək, həm də ehtiyatları artırmaq və yeni təhlükələrə cavab vermək üçün silah, sursat və raket istehsalını artırmağa çalışır.

NATO-ya üzv olan 32 ölkənin liderləri bu həftə Rusiyaya qarşı müharibədə Ukraynaya necə dəstək veriləcəyi ilə bağlı transatlantik təhlükəsizlik alyansının sammitinə toplaşırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki