Seyid Həsən Nəsrullah (1960) düz 32 il İranın Livanda yaratdığı Hizbullah təşkilatına rəhbərlik edib. Rəhbərliyə gələndə onun 32 yaşı vardı. Ondan əvvəlki lider Abbas al-Musavi də İsrail tərəfindən öldürülmüşdü.
Bəli, o, faktiki olaraq Livanın rəhbəri idi. İsrail bir hərbi əməliyyatla Hizbullah liderini bitirdi…
O, İsraili “sionist varlıq” adlandıraraq Qüdsün “azad edilməsinə” çağırış edirdi. HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumunu “qəhrəmancasına həyata keçirilmiş böyük və möhtəşəm əməliyyat” kimi qiymətləndirmişdi.
Xatırladaq ki, daha əvvəl İsrail HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni Tehranda qətlə yetirmişdi. Beləliklə İsrail İranın əsas müttəfiqlərindən ikincisini aradan götürdü. Bundan sonra nə olacaq?
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru Qasım Süleymani 2020-ci ilin 7 yanvarında Bağdadda terror yolu ilə aradan götürlmüşdü. Amerika bu əməliyyatı İsrail kəşfiyyatının məlumatına əsasən planlamışdı. Elə o vaxtdan da İran ABŞ və İsraili hücumla hədələyir. Ancaq hədədən o yana bir addım ata bilmir. Niyəsi də bəllidir? İran ABŞ və İsrailin, mən hələ digər Qərb ölkələrini saymıram, qarşısında dayana bilməz…
Aydındır ki, İranın İsrailə müharibə elan etməsi molla rejimini bitirəcək. Ona görə də rəsmi Tehran növbəti dəfə geri çəkilmək zorundadır. Qərblə anlaşmaqdan başqa yol qalmayıb. Aydındır ki, bundan sonra Qərbin İrandan tələbləri daha sərt olacaq.
Bu gedişlə İsrail İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini də aradan götürə bilərmi? Şübhəsiz ki, bundan sonra İsrailin əli daha da uzanacaq…
a rəhbərlik edib. Rəhbərliyə gələndə onun 32 yaşı vardı. Ondan əvvəlki lider Abbas al-Musavi də İsrail tərəfindən öldürülmüşdü.

Elbəyi Həsənli