image-15backend

Növbəti Paşinyan həyasızlığı: “Tarixdə Azərbaycan dövləti olmayıb”

image-reklam_sirab_01

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Çexiya səfəri zamanı media qarşısında çıxış edib. O, Qarabağ məsələsindən tutmuş, Azərbaycanla bağlanması ehtimal olunan sülh sazişindən, habelə tarixi məsələlərdən danışır. Üstəlik, Paşinyan erməni xisləti və həyasızlılğını nümayiş etdirib.

Vətəninfo.az  xəbər verir ki, Ermənistanın baş naziri Azərbaycanla bağlanacaq sülh sazişindən danışarkən, bir sıra problemlərin olduğunu deyib. O bildirib ki, mövcud maneələrin aradan qaldırılması üçün çalışırlar. “Birinci maneə odur ki, Azərbaycanın Ermənistan Respublikasının 29 min 800 kvadrat kilometr ərazisi olan ərazi bütövlüyünü tanıdığını açıq şəkildə ifadə edən bəyanatla bağlı razılığa gəlmək indiyədək mümkün olmayıb.

İkincisi, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi mexanizmi hələ də qeyri-müəyyəndir. Eyni sözləri, fikrimizcə, beynəlxalq mexanizm çərçivəsində baş tutmalı olan Xankəndi-Bakı dialoqunun formatı haqqında da demək olar.

Üçüncüsü, indiyədək sülh sazişinin mətninin oxunması ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması mexanizmləri ilə bağlı razılığa gəlmək mümkün olmayıb. Və nəhayət, sülh sazişinin həyata keçirilməsinin beynəlxalq mexanizmləri ilə bağlı razılıq yoxdur”.

Bu açıqlamasından sonra Paşinyan əsl erməni xislətini ortaya qoyub. Erməni baş nazir iddia edib ki, guya, Azərbaycanda Ermənistana qarşı nifrət var və siyasətimiz də bunun üzərində qurulub. “Azərbaycanın siyasəti 2020-ci il müharibəsindən əvvəl də, indi də qisas və erməni nifrətinə əsaslanırdı. Ermənistanda Azərbaycan nifrəti heç vaxt olmayıb. Bəli, fərdi təzahürlər ola bilər, amma Azərbaycanda erməni nifrəti dövlət siyasətidir”.

Paşinyanın həyasızlığı bununla da bitməyib. O deyib ki, guya, Ermənistan həmişə çeviklik nümayiş etdirib, lakin danışıqlarda müəyyən irəliləyiş əldə olunan kimi Azərbaycan daha çox tələb etməyə başlayıb. “Biz Praqada qərara gəldik ki, Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıyacaq. Ermənistan bu sazişlərə sadiqdir. Amma sonra Əliyev demarkasiyanın əsasına dəyişmələr olduğu iddia edilən tarixi xəritələrdən danışmağa başladı və İrəvanın qədim Azərbaycan şəhəri olduğunu da bildirdi. Bakı Ermənistana ərazi iddiaları irəli sürməkdə davam edir. Bu, sülhə ən ciddi maneələrdən biridir. Bu halda biz e.ə. dövrün xəritələrinə baxaq. Biz əminik ki, biz bu xəritələrdə Ermənistan ərazisini tapacağıq. Lakin əminik ki, həmin xəritədə Azərbaycanı heç kim tapa bilməyəcək”.

P.S. Görəsən, Xocalıda, Qaradağlıda, Kəlbəcərdə azərbaycanlıları kütləvi şəkildə məhv edən kimlər olub? Yəni, ermənilər bunu inkar edirlər ki, təkcə Xocalıda 613 insanı, uşağı, körpəni, yaşlını, ahılı onlar öldürməyib? Bəlkə, 30 il işğal altında saxladıqları torpaqlarımızdakı vandallığı da başqa planetdən gələnlər edib? Olmaya Ağdamı Xirosimaya çevirənlər də ermənilər deyil, yadplanetlilərdir?

Paşinyan deyir ki, eramızdan əvvəl Ermənistan dövləti olub. Bu artıq həyasızlıq da deyil. Bu hər nədirsə, elmə məlum deyil. Eramızdan əvvəl nəinki Ermənistan dövləti, heç erməni adı belə olmayıb. Hindistanda qaraçı tayfası kimi yaşayan ermənilərin dövlət nədir, qəbilə kimi formalaşdığına dair də məlumat yoxdur. 

Bu qədər həyasız olmaq olmaz. Bu hər nə hikmətdirsə, ermənilərin canında və qanında genetik olaraq mövcuddur. Bu qədər inkarçılıq da həyasızlığın və vicdansızlığın göstəricidirir.jamaz 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki